Dərc edildi: Baxış sayı: 732
Sadıq bəy Əfşar - Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçün
Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçün
Kim, edər yüz min cəfa hər dəm bana əğyar üçün.
Ayrılığ zə'fi bilən bəs kim, ölürmən dəmbədəm,
Tutdular yüz min kərəz1 matəm məni-bimar üçün.
Yox sana lütfivü var əğyara dersən, ey rəfiq,
Necə bir könlüm məlul olsun bu yoxü var üçün.
Müşkili-düşvari-eşqə etmə tədbir, ey həkim,
Eyləməz tədbir... bu müşkili-düşvar üçün.
Bir qədəh mey birlə dün bəzmində rəf' oldu qəm,
Can fəda bolsun anın tək həmdəmi-qəmxar üçün.
Sadiqi, azürdə istər hər zəman canan səni,
Guiya xəlq eylədi xaliq səni azar üçün.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət