Dərc edildi: Baxış sayı: 721
Sadıq bəy Əfşar - Doldu gözüm qubari-səri-kuyi-yardən
Doldu gözüm qubari-səri-kuyi-yardən,
Gör, gör nələr yetişdi bana ruzigardən.
Eşq atəşinə yanma, yakılma demək nədür,
Od macərasın istəmədi kimsə xardən.
Canandan ayrı təneyi-düşmən nədür bana,
Yox ictinabı kalbüdün səngsardən.
Tüşdüm mühiti-eşqəvü qurtarmağa bəni,
Mövci-bəla arayə çəkər bir kənardən.
Əğyarı mötəbər eləmək güc gəlür, nolur,
Gər tüşsə Sadiqi nəzəri-etibardən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət