Slimfit
  1. ƏDƏBİYYAT

Sadəcə Anasan

Sadəcə Anasan
Sakura

Dünyasını dəyişmiş əziz anamın xatirəsinə ithaf edirəm.

Sənə uca dağ desəm

Yox, yanılmış olaram.

Dağ başındakı qarsan

O qar kimi saf, təmiz

O qar kimi parlaqsan.

 

Sənə ümmansan desəm

Yox, yanılmış olaram.

Ümmanlardan ənginsən

Dəryalardan dərinsən

Dünyanın ən savadlı

Alimindən zənginsən.

 

Sənə qartalsan desəm

Yox, yanılmış olaram.

Qartal səndən borc almış

O iti caynaqları

O uçan qanadları.

 

Sənə canımsan desəm

Yox, yanılmış olaram.

Canımı canlandıran

Damarımda qanımsan,

İki gözümün nuru

Ürəyimin tamısan.

 

Səni tərif etməyə

Yetmir ağlım, düşüncəm

Çünki bu dünyaya mən

Səndən sonra gəlmişəm.

 

Sən sadəcə Anasan

Yer üzünün əşrəfi

Gəlməz tarazlığına

Bütün dünya sərvəti.

 

Dekabr-2015

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR