Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Saçların uzanmasını stimullaşdıran 5 məhsul

Saçların uzanmasını stimullaşdıran 5 məhsul
Sakura

Saçların uzanmasını stimullaşdıran 5 məhsul

Vitaminlər və antioksidanlar saç köklərini sərbəst radikalların mənfi təsirlərindən qoruyur.

Bu gün bir çox qadın saç formasınə dəyişdirməklə imicini başqalaşdırmağa meyillidir: bunun üçün onlar saçlarını rənglədir, onları burur, müxtəlif kimyəvi vasitələrdən isyifadə edir və s. Bu cür prosedurlar isə saçlara heç də yaxşı təsir göstərmir. Trixoloq- həkimlər saçların intensiv böyüməsinə yardım edən üçün 5 məhsulu tövsiyə edirlər.

Birincisi, giləmeyvələrdir- onların tərkibində çox miqdarda C vitamini və antioksidanlar var ki, saç tökülməsinin qarşısını alan kollagen istehsal edir və saç follikullarını yaşlanma ilə əlaqəli sərbəst radikalların mənfi təsirlərindən qoruyur.

İkinci məhsul protein, biotin, sink və selen ilə zəngin olan yumurtalardır. Saç follikulları əsasən amin turşularından ibarətdir və buna görə rasionda protein olmaması səbəbindən onların tökülməsi təhrik olunur.

Həkimlərin dediyi üçüncü şey yağlı balıqdır. Söhbət qızıl balıqdan, siyənək və skumbriyadan gedir. 120 qadının iştirak etdiyi bir araşdırmanın nəticələrindən göründüyü kimi, balıq yağı və antioksidanlar olan əlavələrin qəbulu saçları daha sıx edir.

Sürətli saç böyüməsi üçün dördüncü məhsul, antioksidant olan sağlam yağlar və E vitamini olan avokadodur.

Nəhayət beşincisi, tərkibində zülallar dəmir, sink, D vitamini və B qrupu olan krevetlərdir.

Mənbə: lenta.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR