Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Saçları gücləndirən, tökülməsinin qarşısını alan qidalar

Saçları gücləndirən, tökülməsinin qarşısını alan qidalar
Sakura

Saçları gücləndirən, tökülməsinin qarşısını alan qidalar

Saç tökülməsi bir çox insanın problemidir. Odur ki, günümüzdə keçəlləşmənin həyəcanı ilə yaşayanlar az deyil. Saç tökülməsi həm gərgin iş rejimi ilə bağlıdır, həm qidalanma ilə, həm də genetik bir problemdir. Dünya tibb elmi saç tökülməsinin səbəbini araşdırır və bunun müxtəlif vasitələrlə qarşısını almağın mümkün olduğunu bildirir. 
Bunlardan biri də saç köklərini gücləndirən qidalarla qidalanmaqdır. Yeniavaz.com saytı həmin qidaların siyahısını təqdim edir.
1. Zeytun yağı saç töklüməsinin qarşısını alır. Onun tərkibindəki faydalı maddələr saç köklərini gücləndirir.
2. Süd və süd məhsulları saçları gücləndirən qidalar hesab olunur. Tərkibində B1, B2, B12 və D vitaminləri saçların tökülməsinin qarşısını alır.
3. Çoxlu ispanaq yeyən insanlarda saç tökülmə azalır. Bu göyərtinin tərkibindəki B9 vitamini həm saçları daha parlaq, sağlam edir, həm də kökünü gücləndirir.
4. Yerkökü də saçları gücləndirən faydalı tərəvəzlərdəndir. Yerkökü həm saçları gücləndirir, həm də tərkibindəki A vitamini saçları daha sağlam edir.
5. İribuynuzlu heyvan əti saçları gücləndirir.
6. Dəmirlə zəngin olan bütün qidalar saç tökülməsinin qarşısını alır.
7. Soya saç tökülməsini azaldır, saçları gücləndirir.
8. Araşdırmalar göstərir ki, qidalanma zamanı dəniz məhsullarına üstünlük verənlər arasında saçı tökülənlər daha azdır. Dəniz məhsulları A vitamini ilə zəngin olduqları üçün saçları qoruyur.
9. Yaşıl meyvə və tərəvəzlər saçları gücləndirir.
10. Çərəzlər də saçları gücləndirir. Kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen, A, B1, B2, C vitaminləri ilə zəngin olan çərəzlər saçları gücləndirir, onların tökülməsini azaldır.
11. Qoz-fındıq da saçları gücləndirən qidalar hesab olunur.
12. İtburnu saçları gücləndirir.
13. Ərik saç tökülməsinə mane olur. Tərkibində selen mineralı, A vitamini və kalium olan ərik saçları gücləndirir, tökülməsinin qarşısını alır.
14. Mandarinin tərkibindəki faydalı maddələr saç tökülməsinin qarşısını alır.
15. Darçın saçları qüvvətləndirir.
16. Mərciməyin tərkibindəki faydalı maddələrin saç tökülməsinin qarşısını aldığı sübuta yetirilib.
17. Yumurta saçları gücləndirir, kökünü möhkəmləndirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR