Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Saç tökülməsindən əziyyət çəkənlərə şad xəbər: bir neçə saata ev şəraitində...

Saç tökülməsindən əziyyət çəkənlərə şad xəbər: bir neçə saata ev şəraitində...
Sakura

Saç tökülməsindən əziyyət çəkənlərə şad xəbər: bir neçə saata ev şəraitində...

Saç tökülməsi, əslində, insan orqanizminin təbii proseslərindən biridir. Lakin tökülən saçların yerinə yeniləri çıxmırsa, buradaq bir problem var deməkdir.

Publika.az xəbər verir ki, saç tökülməsinin əsas səbəbləri stress, ətraf mühitin təsirləri, depressiya, vitaminsizlik, düzgün qidalanmama və orqanizmdə hər hansı hormon çatışmazlığı ola bilər.

Səbəbləri dəqiqləşdirmək üçün ilk növbədə, mütəxəssisə müraciət etmək lazımdır. Lakin səbəb sizə bəllidirsə, bu problemin öhdəsindən evdə də gələ bilərsiniz.

Sink

Saç köklərini oyandıraraq hüceyrələrin yenilənmə prosesini aktivləşdirən mineralların başında sink gəlir. Xüsusilə, badam sink baxımından olduqca zəngindir. Əgər tökülmə ciddi metabolizm xəstəliyindən qaynaqlanmırsa, gündə bir ovuc badam, fıstıq, fındıq, qoz yemək sink ehtiyacınızı qarşılayacaq və saçlarınızı bərpa edəcək.

Qırmızı ət

Kifayət qədər protein qəbulu olmayanda saçlar cansızlaşmağa və gec uzanmağa başlayır. Yağsız qırmızı ət kimi protein qaynaqlarından bəslənsəniz, saçlarınız güclü və canlı olar. Tökülmənin qaşrısı alınar.

Yumaq

Saçı hər gün yumaq ziyandır. 2-3 gündən-bir ph dəyəri 5,5 olan şampunlardan istifadəyə diqqət edin.

Kimyəvi maddələr

Gel, köpük və sprey kimi kimyəvi tərkibli maddələrdən mümkün olduqca az istifadə edin. İstifadə etmək istəsəniz belə, saçınızı həmin gün yumağa çalışın. Xüsusilə, gel saçların nəfəs almasının qarşısını alır. Buna görə də uzun müddət saçlarda qalmağı məsləhət deyil.

Təbii minerallar

Hindistan qozu yağı, alma sirkəsi, keratin, balqabaq tumu yağı saç tökülməsinə faydalı olan maddələrdir.

Gicitkən

Saç tökülməsinin qarşısını alan möcüzəvi bitkilərdən biri də gicitkəndir. 20 fincan qaynar suya 1 yemək qaşığı çox incə doğranmış gictikən otu atın. Yarım saat gözlədikdən sonra təmiz və nazik parçadan süzün, yatmazdan əvvəl bu su ilə saç diblərini masaj edərək yuyun.

Avokado yağı

Əgər vitamin çatışmazlığınız varsa və bu səbəbdən saçlarınız tökülürsə, birbaşa istifadə edə biləcəyiniz yağlardan biri avokadodur. Yağı saçlarınıza çəkin, üzərinə dəsmal bağlayın. Bir neçə saat gözlədikdən sonra yuyun.

Maska

Yumurta, bal və zeytun yağını yumşaq formada qarışdırın və saç diblərinə yaxın. 20 dəqiqə gözlədikdən sonra durulayın. Hətta durulama suyuna yarım fincan alma sirkəsi əlavə etsəniz, möhtəşəm nəticə əldə edə bilərsiniz. Beləcə, saçlarınız daha parlaq, sağlam görünəcək və tökülmənin qarşısı alınacaq.

Xına

Xına yaxmaq əsrlərdir ki, istifadə olunan təbabət üsuludur. Olduqca effektivdir. Saç tökülməsinin qarşısını almaqla yanaşı, saçları qidalandırır.

Aloe vera

Bu bitki təbiətin bizə bəxş etdiyi ən gözəl nemətlərdəndir. Saç və dəri sağlamlığı üçün əvəzolunmazdır. Lakin bu məhsulu təkbaşına istifadə edəndə dəridə müəyyən qaşıntı yarada bilər. Ona görə də bir qədər Hindistan qozu yağı qarışdırmaq məsləhətdir. Saçlarınızın dibindən ucuna qədər çəkə bilərsiniz.

Çörəkotu yağı

Çörəkotu yağının tərkibində A, B1, B2, B6, E və C vitaminləri var. Buna görə də bir çox hallarda istifadəsi tövsiyə olunur. Bu yağı saç diblərinə masaj vasitəsilə tətbiq edə bilərsiniz.

Çərəz

Saçların normal uzanma prosesini bərpa etmək üçün E vitamini, esensial yağlar və sulfurla zəngin çərəzlərdən istifadə edin.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR