Dərc edildi: Baxış sayı: 574
Sabunçuda dəmiryol keçidi tunellə əvəz olunacaq
Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda yenidənqurma işləri aparılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Oxu.Az-a verilən məlumata görə, yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmiryol keçidi yeraltı tunellə əvəz olunacaq.
Bununla əlaqədar olaraq, 22 avqust 2019-cu il səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.
Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət