Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sabun və duş gellərinin dəriyə dəhşətli zərərləri

Sabun və duş gellərinin dəriyə dəhşətli zərərləri
Sakura

Sabun və duş gellərinin dəriyə dəhşətli zərərləri

Zəifləmiş və sərbəst radikalların hücumuna məruz qalan müasir insan bədəni xüsusi qayğı və baxıma ehtiyac duyur.

İnsan 9 ay ana bətnində qələvi amniotik mayedə inkişaf edir. Amniotik mayenin pH səviyyəsi 8,5-ə bərabərdir. Yeni doğulmuş uşağın dərisi qələvi xüsusiyyətlərə malikdir. Müasir yetkin insanın orqanizmindən turşular dəri vasitəsilə çıxarılır. Lakin bu turşu qoruyucu qatı deyil!

Əvvəllər əlimizi sabun ilə yuyurduq və bundan heç kim zərər görmürdü. Çünki sabunun tərkibinə qələvi daxil idi. 25 il əvvəl bədən baxımı son dərəcə qələvi idi. Məsələn, Kleopatra və Poppaya qələvi və minerallarla zəngin eşşək südü ilə yuyunurdu.

Publika.az bu yazıda oxucuları müasir duş geli və sabunların dəriyə təsiri ilə tanış edib.

Turşu və qələvi bədən baxımındakı fərqlərə qayıdaq:

Dəri turşuları bədəndən xaric edən bir orqandır. Kimya ilə tanış olan hər kəs bilir ki, məhz qələvi mühitdə dəri vasitəsilə sərbəst buraxılan turşular dərhal zərərsizləşdirilərək növbəti partiyaya yer verir.

Kimyəvi turşulu bədən südü, yaxud gel istifadə edərək vücudumuzdan xaric olmaq istəyən orta ölçüsü ph 6,8 -6,4 kimi hesablanan turşunu elə öz mənşəyindən olan ph 5,5- 5 turşu zəhəri ilə yenidən mənbəyinə qovuruq. Belə olduğu halda epidermisdə demək olar ki, turşu qalmır - ancaq müvəqqəti olaraq. Tezliklə turşular və şlaklar yenidən çölə çıxmaq istəyir və insan yenidən təmizlənməyə ehtiyac hiss edir.

Odur ki, biz gündə 2-3 dəfə duş qəbul etməyə ehtiyac duyuruq. Dərini köpüklə yaxşıca təmizləyirik və sonra "turş" kremlə yağlayırıq. Bu da piy vəzilərinin işinə birbaşa müdaxilə edir və ifrazat funksiyasını pozur.

Bu gün kosmetik institutlarda meyvə turşuları adlandırılan kremlərin istifadə edilməsi ilə "turş" bədən baxımı bəzən həddindən artıq dərəcəyə çatdırılır. Belə kremlərin pH səviyyəsi 3,7 -3,5-dir. Onların istifadəsindən sonra heç bir halda pH 8,5 və ya daha yüksək olan qələvi vanna qəbul edilməməlidir.

Həmçinin əksinə: qələvi prosedurdan sonra pH dəyəri 3-dən az olan məhsullar istifadə edilməməlidir. Məsələ ondadır ki, pH səviyyəsi 8 olan qələvi prosedurundan sonra pH 3 olan turş kompress dəri üçün əsl turşu şokdur. Dərinin məruz qaldığı bu şok, çovğundan xilas olunmuş insanın qum döymüş bədəninin 40 dərəcədən yüksək temperatura malik su vannasına uzadılmasına bərabərdir.

Nəticə etibarı ilə dəri kimyəvi "sıçrayışlar”a problemsiz şəkildə dözür. Bu, pH-ı 3,5 olan meyvə turşuları olan kremlərin istifadəsinə icazə verir.

Dərinin orta pH göstəricisini 6,5 olaraq götürsəniz, bu kremlərin min qat daha turş olduğu aydın olur. Odur ki, onlar uzun müddət istifadə üçün uyğun deyil. Bədənə qələvi qulluq piy vəzilərinin ifrazını və dərinin yağlılığını gücləndiririr. рН 8-8, 5 qələvi göstəricisi göbələk və piqment ləkələrinin yox olmasına kömək edir.

Beləliklə, mağazada satılan müasir yuyucu vasitələrin ziyanlarını bildikdən sonra sabunsuz çimməkdə fayda var.

Bəs sabunu nə ilə əvəz etmək olar?

Duz

Həftədə bir dəfə dəniz duzu skrabı ilə dəriyə pilinq tətbiq edin. Darçın, istiot, duz və zeytun yağından skrab hazırlayın. Bu skrab dərini təmizləməklə qalmır, dərinin qan dövranını gücləndirir.

Dərini təcili olaraq canlandırmağa ehtiyac varsa, aşağıdakı maskanı sınaqdan keçirin.

200 qram yağlı qaymaq və dəniz duzu. Dərini bu iki məhsulla pilinq edin, bundan sonra dərinin tonusu və elastikliyi bərpa olacaq.

Dərini həmçinin dəniz duzu ilə qarışdırılmış balla yumaq olar. Belə prosedurdan sonra bədəndə yaranan hiss inanılmazdır. Bir sözlə, duz sabunu əvəz edən faydalı məhsuldur.

Un

Sabun əvəzinə un, bitki yağı və sarıkök qarışığından istifadə edə bilərsiniz. Bu qarışıq dərinin elastikliyini hətta qocalanda da saxlamğa kömək edir. Hətta 60-70 yaşında bir insan bu qarışıq ilə mütəmadi olaraq çimsə, dərisi uşağın dərisinə bənzəyəcəkdir.

Qaydalara görə, bir stəkan un (noxud və ya buğda), yarım stəkan bitki yağı, yarım çay qaşığı sarıkök götürün və su əlavə edin. Qarışığı məcun konsentrasiyasına gətirin və bədəni bununla yuyun.

Yaxud da kəpək ununa bir qədər isti su əlavə edib yuyuna bilərsiniz. Bədəni onunla ovarkən xoş bədənə hiss yayılacaq. Dəri elə yumşalacaq ki, heç bir kremə ehtiyac qalmayacaq.

Kəpək unu dərini ölü hüceyrələrdən təmizləyəcək. Dərinin daha dərindən təmizlənməsinə ehtiyacınız olsa, bir az duz da əlavə edə bilərsiniz. Effektin heyrətamiz olması dəqiqdir - dəri yumşaq və məxmər kimi olacaq.

Limon şirəsi

Bədəni limon şirəsi, bal və kəpək unu ilə təmizləmək olar. Belə qarışıq əllər üçün də effektlidir.

Soda

İsti duş qəbul etdikdən sonra süngərə soda töküb dərini yüngülcə sürtün. Sonra qısa duş qəbul edin, amma su təzyiqi güclü olmalı deyil. Soda ilə qələvi duş qəbul etsəniz, ilk gündən yüngüllük, dərinin yumşalması və təbii nəmlənməsini hiss edəcəksiniz.

Üyüdülmüş yulaf

Əzilmiş yulaf əla yuyucu vasitədir. Üyüdülmüş yulafı təmiz corab və ya kisənin içinə töküb ağzını bağlayın. Suda nəmləndirib sabun yerinə tətbiq edin. Sonda ya bitki suyu və ya su ilə yaxalanın.

Bal

Qarışdırın: bal, 1may qaşığı duz, 1 çay qaşığı əzilmiş buğda. Nəm bədənə sürtün və yuyun.

Gil

Bədəni gil ilə sürtmək yaxşıdır, bu zaman dəri yumşaq və elastik olur. Odur ki, duş gelini rahatlıqla mavi gillə əvəz etmək olar. Yalnız antibakterial təsir göstərir, həm də şlakları aradan qaldırır, dərini elementlərlə qidalandırır və s.

Bir və ya iki yemək qaşığı gili suda həll edin, yarım çay qaşığı duz, əzilmiş acı badam və ya üyüdülmüş günəbaxan tumları əlavə edə bilərsiniz. Dəri ən çox reklam olunan sabundan daha yaxşı qidalanacaq.

Bədənində çox miqdarda toksin və şlak olan insanlar duş qəbul etmli deyil, qələvi ayaq vannaları qəbul edə bilərlər. Bu, toksin və şlakları dabanlardan çıxarmağa kömək edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR