Slimfit
  1. AZƏRBAYCAN

Sabiq nazir Türkiyəyə buraxilmayıb – Əhməd Əhmədov sərhəddən geri qaytarılıb

Sabiq nazir Türkiyəyə buraxilmayıb – Əhməd Əhmədov sərhəddən geri qaytarılıb
Sakura

Sabiq nazir Türkiyəyə buraxilmayıb – Əhməd Əhmədov sərhəddən geri qaytarılıb

Naxçıvan Muxtar Respublikasının (NMR) sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun bu gün Sədərək gömrük-keçid məntəqəsi vasitəsilə Naxçıvandan Türkiyəyə keçmək cəhdinin qarşısı alınıb.

Bu barədə AzPolitika.infoya Naxçıvandakı mənbələrdən məlumat daxil olub.

Sabiq nazir bu gün günün birinci yarısı, saat 11-12 radələrində Türkiyəyə getmək üçün Sədərək gömrük-keçid məntəqəsinə gəlib. Lakin sərhədçilər onun pasportuna möhür vurmaqdan imtina ediblər. “Yuxarıdan tapşırılıb ki, buraxmayaq”, – sabiq nazirə bildirilib.

Məlumata görə, Ə.Əhmədov Türkiyəyə buraxılmasına nail olmaq üçün bir neçə telefon zəngi etsə də, nəticəsi olmadığından geri qayıdıb.

Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun2017-ci il 28 iyul tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Bundan bir müddət əvvəl o, vəzifəsindən qeyri-rəsmi uzaqlaşdırılmış və barəsində araşdırma aparılmışdı.

Sabiq nazir istintaq altında olmasa da, Naxçıvanı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR