Slimfit
  1. CƏMİYYƏT

Sabiq maliyyə rəisi apellyasiya şikayəti verdi

Sabiq maliyyə rəisi apellyasiya şikayəti verdi
Sakura

Sabiq maliyyə rəisi apellyasiya şikayəti verdi

“N” saylı hərbi hissələrdən birində maliyyə xidmət rəisi vəzifəsində çalışmış Nəsrəddin Mirzəyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Ens.az Pravda.az-a istinadən xəbər verir ki,  şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Mirzəyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, N.Mirzəyev aldatdığı Aytən adlı xanımın qohumu ilə bir müddət eyni hərbi hissədə çalışıb. O, Aytəni Müdafiə Nazirliyinə işə düzəldəcəyini deyib və ondan hissə-hissə olmaqla 10 min manat alıb. Aytən sonuncu dəfə pul verən zaman N.Mirzəyevi telefonla lentə alıb.

Aytən pul verən ərəfədə Nəsrəddin Mirzəyev başqa bir cinayət işinə görə hakim qarşısına çıxarılırmış. Həmin cinayət işində də N.Mirzəyev bir neçə nəfərə qarşı eyni dələduzluq əməlini törədibmiş.

N.Mirzəyev əməllərini etiraf edərək deyib ki, maddi sıxıntıları olduğu üçün bu işləri görüb. O, həmin pulun 4 min manatını geri qaytara bildiyini söyləyib.

Zərərçəkmiş şəxs pulunun tam ödənilməsini tələb edir və şikayətçi olduğunu qeyd edir.

İş materiallarında olan videogörüntüdən məlum olur ki, Aytən sonuncu dəfə N.Mirzəyevə pul verən zaman gizli çəkiliş edib. Çəkiliş zamanı Aytən N.Mirzəyevdən ona nə qədər pul verdiyini soruşur. N.Mirəzyev 10 min manat aldığını etiraf edir və işi yaxın zamanda həll edəcəyini söyləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR