Sabahdan Azərbaycanda 8 günlük bayram tətili başlayır
Sabahdan Azərbaycanda Ramazan və 28 May bayramları ilə əlaqədar tətil başlayır.
Ens.az xəbər verir ki, AZXEBER.COM-un məlumatına görə, Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.
Eyni zamanda xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.
Müəyyən olunub ki, bu Qərara nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır, xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət