Slimfit
  1. CƏMİYYƏT

Sabahdan Azərbaycanda 5 gün ardıcıl iş olmayacaq

Sabahdan Azərbaycanda 5 gün ardıcıl iş olmayacaq
Sakura

Sabahdan Azərbaycanda 5 gün ardıcıl iş olmayacaq

Sabahdan-noyabrın 8-dən Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.

Ens.az-ın məlumatına əsasən, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, ölkədə ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. İş günü isə noyabrın 13-dən başlayacaq.

Qeyd edək ki, ​noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR