Slimfit
  1. CƏMİYYƏT

Sabahdan 160 nömrəli marşrut xəttində yeni avtobuslar işləyəcək

Sabahdan 160 nömrəli marşrut xəttində yeni avtobuslar işləyəcək
Sakura

Sabahdan 160 nömrəli marşrut xəttində yeni avtobuslar işləyəcək

Sabahdan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti 12 metrlik “BMC Procity” markalı avtobuslarla yerinə yetiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) “Report”a verilən məlumata görə, Agentliyin tələbinə əsasən, marşrut xətti üzrə daşıyıcı “Çinar Trans” MMC tərəfindən 20 ədəd yeni avtobus alınıb.

Bildirilib ki, “Avro 6” standartlarına cavab verən avtobusların istismara verilməsi 57 min nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq: “Hazırda 160 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobuslar sərnişin axınına adekvat olmadığından sakinlərin narahatlığına səbəb olurdu. Bununla bağlı, ötən dövrdə Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlər daxil olurdu. Avtobus parkının yenilənməsi ilə yanaşı “Çinar Trans” MMC tərəfindən mövcud istehsalat bazasının ərazisi də genişləndirilib və yeni təmir sexləri yaradılıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR