Dərc edildi: Baxış sayı: 636
Sabah Yardımlıda güzəştli şərtlərlə azot gübrəsi satılacaq
Sabah Yardımlı rayonunun Sırıq kəndində azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı təşkil ediləcək.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, satış kənd inzibati ərazi nümayəndəliyinin binasında olacaq.
Satışdan bütün ətraf kəndlərin sakinləri yararlana, tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrə əldə edə bilərlər.
Ətraflı məlumat almaq üçün (050) 984-07-21 (Şahlar Əliyev, Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) nömrəli telefonla əlaqə saxlamaq olar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət