Dərc edildi: Baxış sayı: 224
Sabah Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
İyunun 26-da ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sülh sazişini müzakirə edəcəklər. Məlumatda qeyd edilib ki, A.Mirzoyan artıq ABŞ-a səfərə yola düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət