Slimfit
  1. AZƏRBAYCAN

Sabah Rəşad Atakişiyevin qırx mərasimi keçiriləcək

Sabah Rəşad Atakişiyevin qırx mərasimi keçiriləcək
Sakura

Sabah Rəşad Atakişiyevin qırx mərasimi keçiriləcək

Sabah Hərbi Hava Qüvvələrinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qırx mərasimi keçiriləcək.
Azvision.az xəbər verir ki, bununla əlaqədar pilotun II Fəxri Xiyabanda məzarı ziyarət olunacaq. Daha sonra Heydər məscidində yas mərasimi təşkil ediləcək.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR