Dərc edildi: Baxış sayı: 472
“Sabah” futbol komandasının yeni baş məşqçisi bəlli olub
“Sabah” futbol komandasının yeni baş məşqçisi bəlli olub.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kollektiv Jelko Sopiçə həvalə olunub.
45 yaşlı xorvatiyalı mütəxəssislə 1,5 illik müqavilə bağlanıb. Ona 31 yaşlı həmyerlisi Marko Lozo kömək edəcək.
Qeyd edək ki, Elşad Əhmədovun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət