Slimfit
  1. CƏMİYYƏT

Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ

Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ
Sakura

Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ

Ölkə ərazisində dekabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ens.az-ın məlumatına əsasən,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Belə ki, ayrı-ayrı yerlərdə intensiv olacağı, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi səhər mülayimləşəcək, gündüz cənub-şərq küləyinə keçəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR