Slimfit
  1. CƏMİYYƏT

Saatlının yeni icra başçısı kimdir? - DOSYE

Saatlının yeni icra başçısı kimdir? - DOSYE
Sakura

Saatlının yeni icra başçısı kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, Elmir Məmməd  oğlu Bağırov 03.04.1980-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-1997-ci ildə orta məktəbdə təhsil alıb. 1997-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər fakultəsinin politologiya ixtisasına daxıl olub. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Prezident  yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakultəsinin “dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi” ixtisası üzrə magistraturaya daxil olub. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olub, 2006-cı ildə oranı bitirib.
2008-ci ildə “Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru elmi adı alıb.

2004- cü ildən Heydər Əliyev Fondun “azerbaijan.az” layihəsinin koordinatoru olub, 2005-ci ildə Heydər Əliyev Fondunun Himanitar
Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Himanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlib.
2014-cü ildə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin Aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Elmir Bağırov 2009-cu ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasın Siyasi idarəetmə və politologiya kafedrasında müəllim və 2012-ci ildən Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasında baş müəllim vəzifələrində çalışıb.

2017-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. Evlidir, 2 övladı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR