Saatlıda karantin qaydalarını pozan şəxslər cərimələndi
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarını pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Ens.az xəbər verir ki,DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, bu istiqamətdə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.
Polis əməkdaşları tərəfindən məkana baxış zamanı idman zalının sahibi Şahsəddin Məmmədli və müştəri kimi digər 3 rayon sakini – Nurlan Mahmudov, Elnur Əzizov və Rəmzi Rüstəmovun karantin qaydalarını pozduqları aşkar edilib.
Həmin şəxslər Saatlı Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət