Saakaşvilinin partiyası Ukraynada keçiriləcək parlament seçkilərində iştirak etməyəcək
Gürcüstanın keçmiş prezidentin Mixeil Saakaşvili başçılıq etdiyi Yeni Qüvvələr Hərəkatı Partiyasının Ukraya parlamentinə seçkilərdə iştirak etməyəcəyini bildirib.
“Report” “UNİAN”a istinadən xəbər verir ki, M.Saakaşvili bu addımı Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstək olaraq atdığını bildirib: “Keçmiş siyasilərə güzəştə getmədən ona çoxluğa nail olması üçün şərait yaratmaq lazımdır”.
O, tərəfdarlarını majoritar sistemdə Vladimir Zelenskinin “Xalqın xidmətçisi” hərəkatına səs verməyə çağırıb.
Qeyd edək ki, iyuln 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu siyasi kampaniyada 21 siyasi patiya və təşkilat iştirak edir. Seçkilər qarışıq sistem – proposional və majoritar qaydalar üzrə keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət