Dərc edildi: Baxış sayı: 610
Saakaşvilinin həbsxanadan fotoları yayıldı
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsxanadan ilk fotoşəkli çəkilib.
Ens.az Report-a istinadən xəbər verir ki, o, saxlandığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin dəmirbarmaqlı pəncərəsindən tərəfdarlarını salamlayıb.
M.Saakaşvili türmə kamerasından tərəfdarlarına “Siz çox güclüsünüz” sözləri ilə təşəkkür edib.
Eks-prezident pəncərədə bir neçə saniyə ərzində görünüb. Pəncərə tez bir zamanda bağlansa da, media nümayəndələri onu lentə ala biliblər.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb. O, artıq 21-ci gündür aclıq aksiyası keçirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət