Dərc edildi: Baxış sayı: 1438
Saakaşvilinin Gürcüstana dönəcəyi vaxt açıqlanıb
Mixeil Saakaşvili Gürcüstana noyabrda qayıdacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının parlamentdəki fraksiya rəhbəri Roman Qotsiridze bildirib.
Müxalifətçi deputatın sözlərinə görə, sabiq prezidentin seçkilərdən öncə Gürcüstana dönməsi özünün də dediyi kimi qeyri-sabitlik yarada bilər: "Mixeil Saakaşvilinin ölkəyə qayıdışı hökumətin dəyişməsindən sonra, yəni noyabrda baş verəcək".
R.Qotsiridze deyib ki, M.Saakaşvili müxalifətin seçkilərdə qələbəsi üçün əsas faktor olacaq.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. Ötən gün ölkənin birləşmiş müxalifəti baş nazir vəzifəsinə M.Saakaşvilinin namizədliyini irəli sürüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət