Dərc edildi: Baxış sayı: 358
Saakaşvili klinikadan həbsxanaya köçürülə bilər
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili klinikadan yenidən həbsxanaya köçürülə bilər.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze bildirib.
Onun sözlərinə görə, departament sabiq dövlət başçısının 2022-ci ilin may ayından müalicə aldığı klinikadan həbsxanaya qaytarılması məsələsinə baxılması üçün həkimlərin rəyini gözləyir.
“Onun səhhəti yaxşılaşıb, biz buna sevinirik və həkimlərdən müvafiq tövsiyələr olduqda o, cəzaçəkmə müəssisəsinə köçürüləcək”, - deyə Breqadze bildirib.
Mənbə: Gazeta.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət