Slimfit
  1. DÜNYA

Saakaşvili: “İranlıların Gürcüstana səfərlərinə müvəqqəti qadağa qoyulmalıdır”

Saakaşvili: “İranlıların Gürcüstana səfərlərinə müvəqqəti qadağa qoyulmalıdır”
Sakura

Saakaşvili: “İranlıların Gürcüstana səfərlərinə müvəqqəti qadağa qoyulmalıdır”

“Koronavirusla bağlı İran vətəndaşlarının Gürcüstana daxil olmaları müvəqqəti qadağan edilməlidir”.

Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili video müraciətində bildirib.

O deyib ki, iranlı turistlər Novruz bayramı ilə bağlı müxtəlif tədbirlərə qatılmaq üçün Gürcüstana səfər etməyi planlaşdırırlar:

“Novruz bayramı yaxınlaşır. İranlı turistlər Gürcüstanı tez-tez ziyarət edirlər. Turistlər normal vəziyyətdə ölkəyə gəlib pul xərcləyirlərsə, bu, bizim iqtisadiyyat və cəmiyyətimiz üçün yaxşıdır. Lakin bu gün koronavirus İranda geniş yayılıb, məktəblər və ictimai yerlər bağlanıb”.

Keçmiş dövlət başçısının sözlərinə görə, Novruz bayramı ilə əlaqədar 50 minə yaxın iranlının Gürcüstana səfər edəcəyi gözlənilir:

“Gürcüstan hökuməti isə susur və bununla bağlı heç bir tədbir görmür”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR