Dərc edildi: Baxış sayı: 587
Rza Tofiq Bölükbaşı - Fikrətin məzarında
Dedilər ki, izsiz qalan türbəndə
Vəhşi güllər açmış, görməyə geldim.
O cənnət bağının xakinə mən də
Həsrətlə üzümü sürməyə gəldim.
Dedilər ki, sənə əməl bağlayan,
Qəbrində diz çöküb bir dəm ağlayan
Bərmurad olurmuş. Mən də bir zaman
Ağlayıb murada erməyə gəldim.
Bu hicran ilinin son bahannda,
Jalələr titrərkən çəmənzannda,
Gün doğmadan əwəl mən məzannda
Matəm çiçəkləri dərməyə gəldim.
Səni andım bütün qəm çəkənlərlə,
Eşqi-haq uğnmda yaş tökənlərlə,
San qönçə verən bu tikənlərlə
Daşına bir çələng hörməyə gəldim.
Yadın ölüm kimi bir sirri-mübhəm,
Nəşeyi-sevdamı bu hissi-ələm?
Ruhumda nə fuzun eylədin bilməm,
Bu gün sənə gönül verməyə gəldim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət