Dərc edildi: Baxış sayı: 540
Rza Tofiq Bölükbaşı - Eşq hümması
Xəstəyəm, yalnızam, səni yanımda
Sanıb da bəxtiyar ölmək istərəm.
Məhmuri-xülyayam cami-ləbindən
Qanıb da bəxtiyar ölmək istərəm.
Bir olmaz əməlin düşdüm peşinə
Vuruldum hüsnünün şən günəşinə
Qara gözlərinin eşq atəşinə
Yanıb da bəxtiyar ölmək istərəm.
Talein qəhri var hər həvəsimdə
Boğulmuş fəğanlar titrək səsimdə.
O nazlı ismini son nəfəsimdə
Amb da bəxtiyar ölmək istərəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət