Slimfit
  1. İQTİSADİYYAT

“Rystad Energy”: Robotlar neft sənayesində ən çox qazma işlərində sərfəlidir

“Rystad Energy”: Robotlar neft sənayesində ən çox qazma işlərində sərfəlidir
Sakura

“Rystad Energy”: Robotlar neft sənayesində ən çox qazma işlərində sərfəlidir

Neft-qaz sənayesində robot avadanlıqlarının tətbiqi nəticəsində 2030-ci ilədək yüz minlərlə iş yeri ixtisar oluna bilər.

Report” “Oilprice”ə istinadən xəbər verir ki, belə bir qənaət “Rystad Energy” araşdırma mərkəzinin hesabatında yer alır.

Neft sənayesində robot avadanlığının tətbiqinə həsr olunmuş hesabata görə, daha çox maliyyə tutumlu olan, çətin şəraitdə təhlükəli işlər görüldüyü qazma sahəsində robot cihazlarının tətbiqi daha böyük fayda verə bilər. Yaxın keçmişdə uğurla tətbiq olunmuş robot avadanlığı sayəsində orta qazma qurğusunda iş həcminin 20-30 faiz azaldıla biləcəyi istehsalçı şirkətlər tərəfindən təsdiqlənir. Belə ki, təkcə ABŞ-da qazma sahəsində əməkhaqqına 7 milyard dollardan artıq vəsait sərf olunur.

Bununla yanaşı, son illər İMR (təftiş, texniki servis, təmir) əməliyyatları da robot avadanlığının geniş tətbiq edildiyi sahələrdəndir. Əvvəllər daha çox sualtı işlərdə istifadə olunan robot cihazları artıq üst obyektlərin də təmirində tətbiq olunur. Hesabata görə, qarşıdakı 10 il ərzində qazma, istismar dəstəyi, texniki servis kimi sahələrdə işlərin azı 20 faizi nəzəri cəhətdən avtomatlaşdırıla bilər. Nəticədə ABŞ-da 140 mindən artıq, Rusiyada da 200 mindən artıq işçi ixtisar olunacaq.

Bununla belə, işçilərin ixtisarı nəticəsində əldə ediləcək maliyyə qənaəti xeyli dərəcədə yeni avadanlığın və müvafiq düzənləmələrin tətbiqinə yatırılacaq böyük sərmayələrlə əldən veriləcək. Bunu “Rystad Energy”nin eksperti Sumit Yadav bildirib.

Bütün bunlara baxmayaraq, dəniz platformalarındakı işlərdə robot avadanlıqlarının uzun müddət dayanıqlı çalışıb-çalışmayacağı hələlik tam olaraq bəlli deyil. Həmçinin ayrı-ayrı bölmələr arasında rabitənin məhdud imkanları, mürəkkəb və bahalı olması da robot avadanlığının tətbiqini müəyyən çərçivəyə salır. Həmçinin yeni avadanlığın tətbiqi ilə bağlı işçilərin ixtisarı həmkarlar ittifaqlarının müqavimətinə səbəb olacağı şəksizdir. Bununla yanaşı, yeni texnologiyaların tətbiqi üçün təhlükəsizlik və ekoloji təmizliklə bağlı yeni rəsmi qaydaların tətbiqini də şərtləndirəcək.

Qeyd edək ki, dünyanın ilk dəniz müfəttiş robotu 2018-ci ilin dekabr ayında Şimal dənizindəki platformada sınaqdan keçirilib. 2020-ci ilin fevral ayında Norveçin “Aker BP” şirkəti “Spot” it robotunu işçi heyətinə daxil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR