Dərc edildi: Baxış sayı: 357
Rüşvətə görə işindən ömürlük uzaqlaşdırılmış azərbaycanlı hakimin apellyasiyası təmin olunmadı
Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
AFFA-nın saytının xəbərinə görə, danışılmış oyunlarda adı hallandığı üçün üç il əvvəl futboldan ömürlük uzaqlaşdırılmış hakim Anar Niyazov haqda qərarı dəyişməyib.
İclasda qəbul olunan qərara görə, UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak etdiyinə görə hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyətin ömürlük qadağan edilməsi barədə İntizam Komitəsinin 16.03.2017-ci il tarixli qərarı qüvvədə saxlanılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət