Dərc edildi: Baxış sayı: 592
Rustavi-2-ni ruslar alır – Danışıq aparılır
Rusiyalı biznesmen David Yakobaşvili Rustavi-2 televiziyasını almaq istədiyini bildirib.
Axar.az xəbər verir ki, bu məlumatı “Espersona.ge” saytı paylaşıb.
Məlumata görə, hazırda Yakobaşvili televiziyanın sahibi Kibar Xalvaşi ilə danışıqlar aparır. Hələlik danışıqların detalları barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, Yakobaşvili Tiflisdə anadan olub və hazırda “Vim-Bill-Dan” şirkətinin təsisçisidir. O, Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqının vitse-prezidentidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət