Dərc edildi: Baxış sayı: 259
Ruslar təxliyə edilən dinc sakinləri atəşə tutdu
Rus işğalçıları Kaxovka SES-in bəndinin partlaması nəticəsində zərər çəkmiş Xerson vilayətinin sol sahilinin əhalisini nəinki evakuasiya etmir, hətta buradan qaçmağa çalışanları da öldürür.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
"Rusiya ordusu Xerson vilayətində sol sahildən təxliyə edilən dinc sakinlərin olduğu qayığa hücum edib. Onlar dinc sakinlərin kürəyinə atəş açıblar. 6 nəfər yaralanıb. Yaralılar Xersona çatdırılıb və tibb müəssisəsinə yerləşdiriliblər. Həkimlər yaralıların həyatı üçün çalışırlar. Ruslar qorxaq terrorçulardır”,- o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət