Slimfit
  1. DÜNYA

Ruslar dostlarının adını açıqladı: Azərbaycan ilk beşlikdə

Ruslar dostlarının adını açıqladı: Azərbaycan ilk beşlikdə
Sakura

Ruslar dostlarının adını açıqladı: Azərbaycan ilk beşlikdə

Ruslar Belarus, Çin və Qazaxıstanı Rusiyanın daha yaxın müttəfiqi sayır.

Axar.az xəbər verir ki, bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Son bir il ərzində Belarusu dost hesab edənlərin sayı 49%-dən 62%-ə yüksəlib. Sonrakı yerlərdə Çin (42%), Qazaxıstan (38%), Ermənistan (22%) və Azərbaycan (16%) yer alıb. Ermənistanı və Azərbaycanı Rusiyanın dostu hesab edənlərin sayı bir ildə iki dəfə artıb.

Rusiyanın düşmənləri siyahısına isə ABŞ rəhbərlik edib. ABŞ-ın düşmən hesab edənlərin sayı bir ildə 78%-dən 67%-ə düşüb. İlk üçlüyü Ukrayna və Britaniya tutub. Bununla belə Ukraynanı düşmən hesab edənlərin sayı əhalinin 40%-ni təşkil edib ki, bu da keçən ilkindən 9% az olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR