Slimfit
  1. CƏMİYYƏT

Ruslan Əliyev “Azəriqaz”ın yeni baş direktoru təyin olundu

Ruslan Əliyev “Azəriqaz”ın yeni baş direktoru təyin olundu
Sakura
:0

Ruslan Əliyev “Azəriqaz”ın yeni baş direktoru təyin olundu

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Digər sərəncamla onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor Modern.az-a özəl açıqlamasında təyinatı təsdiqləyib.

R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib:

“Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR