Dərc edildi: Baxış sayı: 275
Rusiyaya sərt xəbərdarlıq: “Hər şey bundan asılı olacaq”
“Rusiya tərəfinin Aleksey Navalnının xəstəxanaya aparılmasına səbəb olan vəziyyətə reaksiyası Almaniya üçün əhəmiyyətli bir rol oynayacaq”.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel deyib.
“Çox şey Rusiya hökumətinin reaksiyasından asılıdır”, - kansler bildirib.
Almaniya hökuməti sentyabrın 2-də hərbi toksikoloqların Navalnının bədənində “Noviçok” qrupundan bir maddə izi tapdığını elan edib. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Baş Prokurorluqdan rəsmi cavab gözlədiklərini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət