Dərc edildi: Baxış sayı: 475
Rusiyaya sanksiya necə olmalıdır? - Rays
Ukrayna rus qonşusu ilə sülh şəraitində yaşamalıdır.
Axar.az xəbər verir ki, bunu Ukraynanın “Novoye Vremya” qəzetinə müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays deyib.
O, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməməsi gərəkdiyini, əks təqdirdə bir azdan Rusiyada məhdudlaşdırılası heç nə və heç kimin qalmayacağını bildirib:
“Mən Vladimir Putin, onun ətrafı və Krımın işğalında iştirakçı olan hər kəsin sanksiyalara məruz qoyulmasının tərəfdarıyam. Lakin burada Rusiyanın gənc nümayəndələri də var. Ümid edirəm ki, biz Qərbə səfər etmək istəyən bu gənc insanlara sanksiya tətbiq etməyəcəyik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət