Slimfit
  1. DÜNYA

Rusiyaya nisbətdə Kiyevin itkiləri... - Putin

Rusiyaya nisbətdə Kiyevin itkiləri... - Putin
Sakura

Rusiyaya nisbətdə Kiyevin itkiləri... - Putin

Rusiya 2014-cü ildə Kiyevin başlatdığı müharibəni dayandırmaq üçün ordudan istifadə etməyə məcbur oldu.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edərkən deyib.

O bildirib ki, Qərb ölkələri Rusiyanın döyüş meydanında strateji məğlubiyyətə məruz qalması üçün maksimal güc sərf edirlər:

“Ukrayna ordusu bu dəqiqələrdə bir sıra ərazilərə hücum edir. Onlar bir neçə tank itiriblər, döyüş davam edir. Şansları yoxdur, belə ki, tezliklə Ukraynanın öz texnikası qalmayacaq. Onlar əks-hücum zamanı bir dənə də olsun, uğur qazana bilməyiblər”.

Putin qeyd edib ki, Rusiyanın ehtiyatları çox böyükdür:

“Kiyevin itkiləri Rusiya ordusuna nisbətdə 10 dəfə artıqdır. Artıq (hücum başlayandan – red.) 186 tank və 418 zirehli maşını məhv edilib”.

Qeyd edək ki, 4 iyundan Ukraynanın əks-hücuma keçdiyi bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR