Dərc edildi: Baxış sayı: 534
:0
Rusiyasız da bacararıq, ancaq... - İran
İran Rusiyanın Tehranla Fordo atom obyektində qarşılıqlı fəaliyətini davam etdirəcəyinə ümid edir.
Axar.az xəbər verir ki, bunu İran Atom Enerji Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi deyib.
“Hesab edirik ki, Rusiya ABŞ sanksiyalarına rəğmən layihədəki işini dayandırmayacaq. Moskva Buşəhr AES-də ikinci və üçüncü enerji bloklarının tikintisində iştirakını davam etdirir. İran texniki nöqteyi-nəzərdən gələcəkdə də Rusiyasız iş apara bilər. Əlbəttə ki, siyasi baxımdan Moskva ilə əməkdaşlıq davam etsə, daha yaxşı olardı”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət