Rusiyanın yeni hərbi dronunun görüntüsü yayıldı
Rusiyanın ağır zərbəçi “Oxotnik” pilotsuz uçan aparatı aktiv fazalı anten şəbəkəli müasir çoxfunksiyalı radiolokasiya stansiyası ilə təchiz olunub.
“Rossiyskaya Qazeta”nın hərbi ekspertləri PUA-nın “Twitter”də yayılan fotoşəklini təhlil etdikdən sonra belə bir nəticəyə gəlib.
Yanvar ayında “Oxotnik”in ilk fotoşəkli dərc olunub.
2018-ci ilin dekabr ayında Rusiya müdafiə nazirinin müavini Aleksey Krivorçuk “Oxotnik”in ilk uçuşunun 2019-cu ilin yaz aylarına planlaşdırıldığını bildirib.
Noyabr ayında isə (2018) PUA Novosibirsk aviasiya zavodunun uçuş-eniş zolağında ilk yürüşü təşkil olunub və sınaqda “Oxotnik” 200 km/saata qədər sürət yığıb.
Hərbi dron Rusiyanın altıncı nəsil qırıcısının prototipi hesab olunur. Şəkli yayılana qədər ABŞ-da “Oxotnik” PUA-nın bir “uydurma” olduğu iddia olunurdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət