Dərc edildi: Baxış sayı: 962
Rusiyanın vaksini beş ölkədə istehsal ediləcək
Rusiya artıq beş ölkədə koronavirus peyvəndi istehsalına razılıq verib.
Ens.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDİF) rəhbəri Kirill Dmitriyev deyib.
"Xarici tərəfdaşlarla birlikdə artıq 5 ölkədə ildə 500 milyon doza vaksin istehsalını təmin etməyə hazırıq və istehsal gücünü daha da artırmağı planlaşdırırıq", - deyə o bildirib
Dmitriyevin sözlərinə görə, 20 ölkədən 1 milyard dozadan artıq peyvənd alınmasıyla bağlı ilkin müraciətlər qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət