Slimfit
  1. AZƏRBAYCAN

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru: 'Azərbaycan çox vacib ciddi geosiyasi regiona çevrilib'

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru: 'Azərbaycan çox vacib ciddi geosiyasi regiona çevrilib'
Sakura

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru: 'Azərbaycan çox vacib ciddi geosiyasi regiona…

“Azərbaycan çox vacib ciddi geosiyasi regiona çevrilib. Müntəzəm olaraq Azərbaycanda beynəlxalq forumlar keçirilir, ölkə dialoq mərkəzinə çevrilib”.

Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

O xatırladıb ki, Azərbaycanla Ermənistan arasında münaqişə mövcuddur: “Cəmiyyətlər öz kimliklərinə daha çox diqqət yetirirlər”.

Azərbaycan Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov deyib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

O vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir: “Qafqazda bir neçə xalq yaşayır. Amma Ermənistanda bir xalq yaşayır. Heç bir azərbaycanlı Ermənistanda yaşamır. Çünki Ermənistan monoetnik ölkədir. Azərbaycan, Gürcüstan isə poloetnik ölkədir, burada müxtəlif dinlərə, dillərə mənsub xalqlar yaşayır. Ermənilər Dağlıq Qarabağı işğak ediblər, etnik təmizləmə aparıblar, oradan azərbaycanlılar çıxarılıb. Bu, nasist siyasətidir. Mayın 9-da bir sıra ölkələrdə Qələbə Gününü qeyd edir. Amma Ermənistanda nasist siyasət yürüdülür”.

F.Axundov qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR