Slimfit
  1. DÜNYA

Rusiyanın şimalında qanadlı raket partlayıb - Tramp

Rusiyanın şimalında qanadlı raket partlayıb - Tramp
Sakura

Rusiyanın şimalında qanadlı raket partlayıb - Tramp

Rusiyanın Arxangelsk vilayətində avqustun 8-də nüvə enerji qurğusu ilə təchiz edilmiş "Burevestnik" qanadlı raketi partlayıb.

Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.

“ABŞ Rusiyada raketlərin partlamasından çox şey öyrənir. Bizdə oxşar, amma daha üstün texnologiyalar var. Rusiyanın “Skayfol” (NATO "Brevestniki" belə adlandırır – red.) raketinin partlaması insanları sınağın keçirildiyi rayonda havanın çirklənməsindən narahat olmağa məcbur edir”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Arxangelskdə hərbi poliqonda partlayış baş verib və nəticədə “Rosatom”un 5 əməkdaşı həlak olub. “Doyçe Velle” bundan sonra məlumat yayaraq, poliqonda məhz “Burevestnik” raketinin partladığını açıqlayıb.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR