“Rusiyanın Şimali Koreya istehsalı olan raketlərdən istifadə etdiyi təsdiqləndi”
“İlkin məlumatlar göstərir ki, Rusiya qoşunları yanvarın 2-də Xarkovu atəşə tutarkən Şimali Koreya istehsalı olan raketlərdən istifadə edib”.
Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki,bu barədə Ukraynanın baş prokuroru Andrey Kostin “Suspilna”nın efirində bildirib.
“İlkin elmi-texniki ekspertizanın nəticələri təsdiq edir ki, yanvarın 2-də Xarkov şəhərinin mərkəzi hissəsinə atılan raket Şimali Koreya tərəfindən hazırlanmış qısa mənzilli raketdir”.
Onun sözlərinə görə, hazırda hərtərəfli ekspertiza aparılır və o, sonda, raketi müəyyən etməlidir. Kostin əlavə edib ki, prokurorlar hazırda Xarkov və Odessa vilayətlərində son hücumlarda istifadə edilən digər döyüş sursatı fraqmentlərini axtarırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət