Slimfit
  1. AZƏRBAYCAN

Rusiyanın Müdafiə naziri Bakıdadır

Rusiyanın Müdafiə naziri Bakıdadır
Sakura

Rusiyanın Müdafiə naziri Bakıdadır

Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycandadır.

Nazirin səfərinin məqsədi Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.

Rusiya Müdafiə nazirinin mətbuat katibi səfərlə bağlı açıqlamada bildirib:

“İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr kompleksinə baxılacaq. 2019-cu ildə hərbi sahədə qarşılıqlı əlaqələrə yekun vurulması, həmçinin MDB dövlətlərinin 2025-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsinə baxılması da nəzərdə tutulub”.

Qeyd edək ki, sabah Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. İclasda Qırğızıstan, Tacikistan, Qazaxıstan, Özbəkistan və Belarusun Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR