Dərc edildi: Baxış sayı: 536
Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşlara başlayır
Rusiyanın “Smartavia” (“Nordavia” şirkətinin ticarət brandı) təyyarə şirkəti bu yaydan Azərbaycana uçuşlar həyata keçirmək niyyətindədir.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə şirkətin kommersiya direktoru Svetlana Rodionova bildirib.
Qeyd edək ki, ötən il “Nordavia” 648 min sərnişin daşıyıb və bu, əvvəlki ilə nisbətən 35 faiz çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət