Slimfit
  1. DÜNYA

“Rusiyanı təhdid etməyin mənası yoxdur” - Putin

“Rusiyanı təhdid etməyin mənası yoxdur” - Putin
Sakura

“Rusiyanı təhdid etməyin mənası yoxdur” - Putin

“Rusiyanı təhdid etməyin mənası yoxdur”.

“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRICS sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Rusiya lideri ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Moskvanı zərbə ilə hədələməsi barədə sulaına belə cavab verib:

“Hər kəsi təhdid edə bilərlər. Amma Rusiyanı təhdid etməyin mənası yoxdur. Çünki bu, bizi yalnız ruhlandırır”.

Putinin sözlərinə görə, keçmiş həmkarının “Moskvaya zərbə endirmək”lə hədələməsini “xatırlamır”.

O qeyd edib ki, ABŞ seçki kampaniyasının kəskin mərhələsindədir, ona görə də belə bəyanatlar ciddi qəbul edilməməlidir.

 

Qeyd edək ki, “The Wall Street Journal” Donald Trampın Vladimir Putini Ukraynaya hücum olacağı təqdirdə Moskvanı vuracağı ilə hədələdiyini iddia edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR