Rusiyalılar yaxşı yaşayır
Hər onuncu rusiyalı maddi vəziyyətinin ortadan da yüksək səviyyədə olduğunu hesab edir.
"Kommersant.az" xəbər verir ki, İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən, Rusiya əhalisi öz yaşayış səviyyəsini 1991-ci illə müqayisədə yüksək qiymətləndirib.
Mərkəz, 1991 və 2018-ci illərdə apardığı sorğunun nəticələrini müqayisə edib. Məlum olub ki, orta yaşayış şəraitinə malik olanların sayı 1991-ci illə müqayisədə 49%-dən 64%-ə qədər artıb. Sorğuda iştirak edənlərin 3%-i yüksək maddi təminata malik olduğunu, 13%-i maddi vəziyyətinin orta səviyyədən da aşağı olduğunu, 7% isə aşağı səviyyədə olduğunu bildirib. 1991-ci ildə isə müvafiq göstəricilər 19% və 14% təşkil edib.
Sorğu götürülənlərin 39%-i eyni zamanda bildirib ki, cəmiyyətdə yüksək mövqeyə nail olmaqda təhsil əsas rol oynayır. 33% rusiyalı hesab edir ki, bunun üçün şəxsi keyfiyyətlər, 27%-nin qənaətinə görə isə, yüksək mövqe üçün məqsədə doğru addım əsasdır.
Respondentlərin 40%-nin fikrincə, cəmiyyətdə yüksək mövqeyə nail olmaq üçün pul əsasdır. 15% hesab edir ki, təhsil, 14%-ambisiyalar, 12% tanışlıq və əlaqələr, 10% yaşayış üçün uyğun yer, 9% isə kvalifikasiya və peşəkar hazırlığın əsas olduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət