Slimfit
  1. MEDİA

Rusiyalı polkovnik Ermənistanın məğlub olacağı tarixi açıqladı - TƏHLİL

Rusiyalı polkovnik Ermənistanın məğlub olacağı tarixi açıqladı - TƏHLİL
Sakura

Rusiyalı polkovnik Ermənistanın məğlub olacağı tarixi açıqladı - TƏHLİL

Rusiya Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovniki, qondarma “Donetsk Xalq Respublikası”nın sabiq “müdafiə naziri” İqor Strelkov Qarabağ döyüşləri ilə bağlı geniş şərh verib.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, o, Şuşa və Laçın istiqamətində döyüşlərin getməsini Ermənistan ordusunun faktiki məğlubiyyəti adlandırıb.

“Azərbaycan Ordusu üçün Laçın-Şuşa yolunu hansı istiqamətdə kəsməyin önəmi yoxdur. Onlar 3 sutka əvvəl yolu kəsiblər və Xankəndidən, Şuşadan şərqdə yerləşən erməni qüvvələrinin təminatını pozublar. Yəni artıq Laçın dəhlizini ələ keçirməyə ehtiyac qalmır. Azərbvaycanlılar bir neçə istiqamətdə təzyiq göstərirlər ki, istiqamətlərdən birində uğur əldə etsinlər. Beləliklə, Xankəndindən şərqdəki erməni qüvvələri operativ mühasirəyə düşüblər. Ermənistandan gələn yollardan biri bağlı olduğu üçün şimaldakı Vardenis-Ağdərə yoluna ümidlər var amma həmin yol da təmas xəttinə yaxın olduğu üçün aviasiya və artilleriya atəşi altındadır”.

Strelkovun fikrincə, yaxın vaxtlarda Qarabağdakı işğalçı ordu ərzaq, silah-sursat və yanacaq qıtlığı ilə üzləşəcək. Şuşanın mühasirəsini Azərbaycanın ciddi strateji uğurlarından biri sayan eks-polkovnik Şuşanın azad olunması durumunda Ermənistanın məğlubiyyətinin bir neçə həftəyə rəsmiləşəcəyini əlavə edib.

“Ermənilərin Şuşanı əlində saxlaya bilməsinə ciddi şübhə edirəm. Amma əgər bunu bacarsalar, döyüşlər Yeni İldən sonraya qədər uzana bilər. Amma hər şey bir neçə günə həll oluna bilər. Çünki Azərbaycanın əsas istiqamət seçdiyi Şuşa ilə yanaşı, Ordu qüvvələri artıq Xocavəndin yaxınlığında döyüş əməliyyatları aparır”.

Strelkovun fikrincə, Ermənistan Azərbaycan Ordusu qarşısında tab gətirə bilmir və kənar müdaxilə olmasa, darmadağın olmağa məhkumdur.

“Əgər yaxın vaxtlarda ermənilər Şuşa-Laçın yolunu yenidən aça bilməsələr onlar uduzacaqlar. Amma biz nəinki yolun açılmadığını, əksinə Azərbaycan Ordusunun Şuşadan qərbə doğru irəlilədiyini görürük. Ermənilərin məğlubiyyət həddinin aşıldığını və müharibəni faktiki olaraq uduzduqlarını söyləyə bilərəm”-deyə İqor Strelkov fikrini əlavə edib.  

Onun sözlərinə görə, Ermənistanın hərbi rəhbərliyinin buraxdığı taktiki və strateji səhvlərlə yanaşı, Azərbaycan Ordusunun müasir pilotsuz aparatlardan, artilleriya və quru qoşunlarından uğurla istifadə etməsi qələbəni təmin edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR