Dərc edildi: Baxış sayı: 945
Rusiyalı pilotlar kütləvi şəkildə Çin aviaşirkətindən qovulur
Çin aviaşirkəti “Hainan Airlines” rusiyalı yüz pilotu işdən çıxaracaq.
Bu barədə TASS agentliyi xəbər yayıb.
Xəbərdə bildirilib ki, “Hainan Airlines” yüz, “China Southern Airlines” isə on nəfər rusiyalı pilotu işdən çıxarmağı planlaşdırır.
Eyni zamanda aviaşirkətlərin digər ölkələrin pilotlarını da işdən çıxaracağı qeyd edilib.
Bu vəziyyətin “Boeing 737 Max”ların nüfuzunun aşağı düşməsi ilə əlaqədar olduğu ehtimal edilir.
“Hainan Airlines” bu modeldən olan 11, “China Southern Airlines” isə 24 təyyarənin uçuşlarını qadağan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət