Dərc edildi: Baxış sayı: 365
Rusiyalı nazir: "Uçot dərəcəsinin artırılması qiymət artımına səbəb olmayacaq"
"Rusiya Bankının (Mərkəzi Bank) uçot dərəcəsini artırması qiymət artımına səbəb olmayacaq".
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum inflyasiya proqnozunu dəyişmək niyyətində deyil: "Bu il və gələn il üçün qiymət artımı proqnozlarımız sabit qalır. Yalnız kreditləşmədəki dinamika faiz dərəcələrindən asılıdır".
Xatırladaq ki, Rusiya Bankı bir qədər əvvəl uçot dərəcəsini 7,25%-dən 7,5% -ə qaldırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət