Slimfit
  1. İQTİSADİYYAT

Rusiyalı nazir: 'Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir'

Rusiyalı nazir: 'Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir'
Sakura

Rusiyalı nazir: 'Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir'

"Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir".

Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 18-ci iclasında Rusiyanın İqtisadiyyat naziri Maksim Oreşkin bildirib.

“Aramızda siyasət və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq artır. Bunlar strateji tərəfdaşlığa sübutdur. Hazırda 5 "yol xəritəsi"nin həyata keçirilməsi üçün işlər görülür. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyevanın səfəri zamanı 6-cı "yol xəritəsi"nə dair razılıq əldə olunub və bu, çox mühümdür”, - rusiyalı nazir deyib.

O, Rusiya-Azərbaycan işgüzar şuralarının da yüksək səviyyədə olduğunu söyləyib: "2019-cu ilin 9 ayı ərzində ikitərəfli ticarət dövriyyəsi 25 faizdən çox artıb".

M.Oreşkin iki ölkə arasındakı sərhəddə keyfiyyətli və səmərəli infrastrukturun yaradılmasını iqtisadi əməkdaşlığın mühüm şərti olaraq səciyyələndirib: “Yaxın zamanda Samur çayı üzərində körpü tikintisi başa çatdırılmalıdır. Bu da ikitərəfli ticarətə və gediş-gəlişə töhfəsini verəcək. Bununla yanaşı, birgə müəssisələr də uğurla tikilir və bunlardan birinin bu gün açılması nəzərdə tutulan əczaçılıq fabrikidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR